Xanım polis zabitindən valideynlərə çağırış – Uşaqlarla dost olun - FOTO

Qaydalar 13 Oktyabr 2018 02:00 Oxunub 2341
Xanım polis zabitindən valideynlərə çağırış – Uşaqlarla dost olun - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Nizami RPİ-nin təşəbbüsü ilə Gənclər narkomaniyaya “yox” deyir aksiyası davam edir

Nizami rayon Polis İdarəsinin təşəbbüsü ilə rayon ərazisindəki 238 saylı orta məktəbdə “Gənclər narkomaniyaya yox deyir” devizi altında maarifləndirici görüş keçirilib. Avtosfer.az xəbər verir ki, tədbirdə Nizami RPİ-nin Yetkinlik yaşına çatmayanlar işlər üzrə baş inspektor, polis kapitanı Pərvanə Əzizova, inspektorlar – baş leytenant İlahə Balayeva, leytenant Xədicə Məmmədova, 25-ci polis bölməsinin rəisi, polkovnik-leytenant Elmir Hüseynov, narkotiklərlə mübarizə şöbəsinin baş əməliyyat müvəkkili Xəlil Atakişiyev, Nizami RPİ nin Veteranlar Şurasının sədri Aydın Əzimov, müavini Firdovsi Hüseynov və məktəb rəhbərliyi, müəllim və şagirdlər iştirak ediblər. 
Polis kapitani Pərvanə Əzizova çıxışında uşaqların, yeniyetmə və gənclərin pis vərdişlərdən, xüsusən də narkomaniya bəlasından uzaq durmasının vacibliyindən danışıb. Qeyd edib ki, yetkinlik yaşına çatmayanların bu bəlayə düçar olması nəinki həmin şəxsin özünü, eləcə də bütöv bir ailəni uçuruma aparır. Hətta belə yeniyetmə və gənclər cəmiyyətdən təcrid olur, qapalı həyat tərzi keçirir və sonda daha ağır nəticələr yaşanır. Bütün bunların baş verməməsi üçün valideynlərin uşaqlara qarşı diqqətli olmasının vacibliyini önə çəkən xanım polis zabiti qeyd edib ki, uşaqlarla dostluq edə bilən valideynlər onları sağlam həyata qovuşdura bilir. Lakin uşaqlara qarşı aqressiya nümayiş etdirən ailələrdə vəziyyət heç də ürəkaçan olmur.
Görüşdə çıxış edən digər natiqlər gələcəyimizin sağlam təməl üzərində qorunub saxlanması üçün pis vərdişlərdən uzaq durmağın vacibliyini qeyd ediblər.
Tədbirin sonunda uşaqların narkomaniya bəlası ilə bağlı sualları cavablandırılıb.
Bu kimi tədbirlər digər məktəblərdə də keçiriləcək.

 

Emin

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh