İnsan həyatına bu qədər laqeyd yanaşmaq olarmı? - FOTOLAR

Xəbərlər 13 Oktyabr 2018 11:18 Oxunub 1815
İnsan həyatına bu qədər laqeyd yanaşmaq olarmı? - FOTOLAR
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Sərnişin daşımaq üçün 8-10 nəfərlik nəqliyyat vasitəsi almağa imkanları yoxdur

Oxucularımızdan biri Avtosfer.az saytına oktyabrın 12-də saat 13:40 radələrində Qaradağ rayonu, Löklbatan qəsəbəsində çəkdiyi şəkilləri göndərib. Fotolardan görünür ki, 10 JN 674 dövlət nömrə nişanlı yük avtomobilinin yük yerində qəsəbədə təmizlik işləri aparan işçilər çox təhlükəli şəkildə otuzdurulub və bir ərazidən başqa bir yerə aparılır. Bu isə sərnişindaşıma qaydalarının kobud şəkildə pozulmasıdır.
Sözsüz ki, burada həmin yük avtomobilinin sürücüsünü yox, ona bu tapşırığı verən idarə rəhbərini, aidiyyatı şəxsləri cəzalandırmaq lazımdır. İnsan həyatına bu qədər də laeqyd yanaşmaq olarmı? Qanunla bu cür sərnişin daşınmasının qadağan olmasını bir yana qoyaq, axı gözlənilmədən sürücünün qarşısına nəsə çıxsa və qəfil tormozlama etsə yük yerindən yıxılıb ən yaxşı halda zədələnəcək işçilərin həyatı bu qədərmi dəyərsizdir? Bu idarəni sərnişin daşımaq üçün 8-10 nəfərlik nəqliyyat vasitəsi almağa doğurdanda imkanı yoxdur? Yoxsa ayrılan pullar başqa məqsədlərə istifadə olunub?

 

Kənan

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh