“20 Yanvar” və “Şamaxinka”nın bitib-tükənməz tıxac dərdi – VİDEO

Avtosfer TV 13 Oktyabr 2018 08:29 Oxunub 5164
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Hər iki ərazidə dəyişən heç nə yoxdur

Bir neçə gün əvvəl Avtosfer.az saytında paytaxtın “Şamaxinka” kimi adlanan Moskovski prospektində dayanacaqda avtobusların xaotik dayanması, yolun intensivliyinə əngəl olması, digər hərəkət iştirakçılarına mane olması ilə bağlı material yayılmışdı. Eyni zamanda, 20 Yanvar dairəsi ətrafında dayanma-durma qadağan olunan ərazilərdə taksi sürücülərinin dayanıb hərəkəti iflic etməsi əleyhinə DYP əməkdaşlarının tədbirlər görməsi də gündəmdə oldu. Oxucularımızdan biri həmin materiallardan sonra yenidən videogörüntü göndərib. Videodan açıq aydın görünür ki, hər iki ərazidə dəyişən heç nə yoxdur. Yenə də avtobuslar və taksi sürücüləri harada və necə gəldi saxlayırlar. Deməli, tədbirlər daha planlı və təsirli olmalıdır.

Kənan

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh