Başqasına qəza yaradıb qaçan sürücü tapıldı: YENİLƏNİB - VIDEO

Avtosfer TV 13 Oktyabr 2018 11:53 Oxunub 1841
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Hadisənin Bakı-Ələt-Qazax-Gürcüstan yolunun əvvəlində baş verib

Sosial şəbəkələrdə paylaşılan videoda təhlükəli anlar yaşanıb. Belə ki, "SOCAR" yanacaqdoldurma məntəqəsindən çıxan 10-KC-973 dövlət nömrə nişanlı, "VAZ 21 07" markalı avtomobilin sürücüsü ən sol zolağa qəfil dönmə edir. Bu zaman öz zolağı ilə hərəkətdə olan "FİAT" markalı avtomobilə qəza şəraiti yaradır. "FİAT"ın  sürücüsü üzərinə gələn avtomobildən qaçmaq üçün sükanı sola çevirir. Nəticədə isə qəzaya uğrayır. "07"nın sürücüsü isə hadisə yerindən qaçır.


Hadisənin Bakı-Ələt-Qazax-Gürcüstan yolunun əvvəlində baş verib.

Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polkovnik leytenant Rüfət Quliyev Avtosfer.az-a bildirib ki, həmin sürücü aşkarlanıb. Sürücü barəsində inzibati qaydada tədbir görülüb. Araşdırmalar davam edir

 Avtosfer.az digər bir avtomobilin videoqeydiyyatçısına düşən görüntüləri təqdim edir:

Fərid

ŞƏRH YAZ
Ad

E-mail

Şərh