Avtomobil qaçıranlar saxlanıldı - Tutulanlardan ikisi qardaşdır

Qaydalar 13 Oktyabr 2018 15:24 Oxunub 1396
Avtomobil qaçıranlar saxlanıldı - Tutulanlardan ikisi qardaşdır
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Bakıda avtomobil və velosiped oğruları ələ keçib

Polis əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsi qaçırmaqda və oğurlamaqda şübhəli bilinən şəxslər müəyyən edilərək saxlanılıblar.      Sabunçu RPİ-nin 13-cü Polis Bölməsinə oktyabrın 4-nə keçən gecə Bakıxanov qəsəbəsi ərazisindən qəsəbə sakini Vüqar Niftəliyevin “VAZ-2107” markalı avtomobilinin qaçırılması barədə müraciət daxil olub. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində həmin nəqliyyat vasitəsi oktyabrın 11-də saat 22 radələrində Ramana qəsəbəsi ərazisində hərəkətdə olarkən onu qaçırmaqda şübhəli bilinən Bakı şəhər sakini Faiq Alıyevlə birgə saxlanılıb. 
Sentyabrın 28-də Nəsimi rayonu H.Seyidzadə küçəsindən  Bakı şəhər sakini Çingiz Feyzullayevin “Mercedes” markalı avtomobilinin qaçırılması barədə daxil olmuş məlumatla əlaqədar dərhal Nəsimi RPİ 19-cu Polis Şöbəsinin əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirlərinə başlanılıb. Nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Gəncə şəhər sakini, əvvəllər də məhkum olunmuş Rövşən Şahnəzərov qısa müddətdə müəyyən edilərək polis əməkdaşları tərəfindən  saxlanılıb.     
Nərimanov RPİ 18-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən isə sentyabr ayı ərzində rayon ərazisində 3 nəfərin  velosipedlərini oğurlamaqda şübhəli bilinən Bülbülə qəsəbə sakinləri Zaur Hacımuradov və qardaşı İlqar saxlanılmışlar. 
Faktlarla bağlı araşdırmalar aparılır. 


Natiq Cavadov, 
DİN Mətbuat Xidmətinin əməkdaşı 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh