Bakıda daha bir avtobus qəzası - 1 nəfər öldü

Qaydalar 13 Oktyabr 2018 15:36 Oxunub 1945
Bakıda daha bir avtobus qəzası - 1 nəfər öldü
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Avtobus "MAN"a dəydi, fəhlə öldü

Bakıda daha bir sərnişin avtobusu qəza törədib. Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Avtosfer.az-a bildirilib ki, oktyabrın 12-də saat 22 radələrində Sabunçu rayonunun Bakıxanov qəsəbəsi ərazisində Bakı şəhər sakini Şaməddin Cəfərov idarə etdiyi "Daewoo" markalı 208 saylı xətt avtobusunu qarşıda gedən paytaxt sakini Vüqar Eyyubovun idarə etdiyi "MAN" markalı yük avtomobilinə vurub. Nəticədə "Man" markalı avtomobilin arxa hissəsində olan fəhlə Eldar Bayramov hadisə yerində ölüb.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

 

Emin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh