Bu dövlət qurumları maşınlarını satır - Qiymətlər

Gündəm 13 Oktyabr 2018 19:24 Oxunub 1286
Bu dövlət qurumları maşınlarını satır - Qiymətlər
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Auksiona ümumilikdə 10 avtomobil təqdim olunub

İki böyük dövlət qurumu noyabrda keçiriləcək hərraca istifadəsiz avtomobillərini çıxarıb. Avtosfer.az qaynarinfo-ya istinadən xəbər verir ki, 13 noyabr tarixində keçirilməsi planlaşdırılan auksiona ümumilikdə 10 avtomobil təqdim olunub. Beş avtomobili hərraca Energetika Nazirliyinin tabeliyində Enerji Məsələlərini Tənzimləmə Agentliyi, digər beş avtomobili isə Dövlət Statistika Komitəsinin Bakı Şəhər Statistika İdarəsi təqdim edib. Hərraca çıxarılan start qiyməti ən yüksək olan avtomobil Energetika Nazirliyinin satmaq istədiyi "Ford Fokus" markaklı avtomobildir ki, maşının ilkin start qiyməti 6000 manatdan başlayır. Qiyməti ən aşağı olan avtomobil isə yenə də Energetika nazirliyinin təqdim etdiyi "Qaz-3102" avtomobildir. Onun da ilkin start qiyməti cəmi 800 manatdır. Statistika Komitəsi isə bu dəfə hərraca ancaq VAZ markalı avtomobillər təqdim edib. 2007-2008-ci il istehsalı olan VAZ avtomobillərinin ilkin satış qiyməti 2000-2500 manat müəyyən edilib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh