Fövqəladə hallar naziri Badamdar şosesində baş verən sürüşmə zonasına gedib

Gündəm 13 Oktyabr 2018 19:35 Oxunub 649
Fövqəladə hallar naziri Badamdar şosesində baş verən sürüşmə zonasına gedib
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Nazirliyin müvafiq qurumlarının rəhbərlərinə tapşırıqlar verilib

Oktyabrın 13-də fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov Badamdar şosesində baş verən sürüşmə zonasında olub. Avtosfer.az FHN-in saytına istinadən xəbər verir ki, nazir sürüşmə zonasındakı vəziyyətlə yaxından tanış olub, lazımi işlərin görülməsi ilə əlaqədar nazirliyin müvafiq qurumlarının rəhbərlərinə tapşırıqlar verib. Qeyd edək ki, sürüşmə prosesinin gedişatına nəzarətin gücləndirilməsi, mütəmadi müşahidələrin mərkəziləşdirilmiş qaydada təşkili məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən Qərərgah yaradılıb.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh