“Maykl” fırtınası nəticəsində ölənlərin sayı 16 nəfərə çatıb

Gündəm 13 Oktyabr 2018 19:36 Oxunub 694
“Maykl” fırtınası nəticəsində ölənlərin sayı 16 nəfərə çatıb
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Həlak olanların sayının artacağı istisna edilmir

ABŞ-ın şərq sahillərində “Maykl” fırtınası nəticəsində həlak olanların sayı 16 nəfərə çatıb. Avtosfer.az xəbər verir ki, “The New York Times” qəzetinin yaydığı məlumata görə, Marianna şəhərinin polis rəisi Florida ştatının Cekson dairəsində üç nəfərin öldüyünü təsdiqləyib. Həmçinin Corciya, Virciniya və Şimali Karolina ştatlarında da ölüm halları qeydə alınıb. Hazırda xilasedicilər dağıntıların arasında axtarışlar aparır. Həlak olanların sayının artacağı istisna edilmir. Qeyd edək ki, 5 ballıq Saffir-Simpson cədvəli üzrə 4-cü kateqoriya gücündə qiymətləndirilən “Maykl” qasırğası oktyabrın 10-da ABŞ sahillərinə çatıb. Bundan sonra zəifləməyə başlayan fırtınanın gətirdiyi güclü külək və leysan yağışları ölkənin cənub-şərqində daşqınlara və dağıntılara səbəb olub. Təbii fəlakət nəticəsində ABŞ-ın şərq sahillərində 1,5 milyon istifadəçi elektriksiz qalıb. ABŞ Prezidenti Donald Tramp gələn həftənin əvvəllərində “Maykl” fırtınasından ciddi zərər çəkən Corciya və Florida ştatlarına səfər etməyi planlaşdırır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh