Torpaq sürüşməsi nəticəsində azı 12 nəfər ölüb

Gündəm 13 Oktyabr 2018 19:56 Oxunub 715
Torpaq sürüşməsi nəticəsində azı 12 nəfər ölüb
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Yerli hökumət balıqçılara dənizə çıxmamağı tövsiyə edib

Hindistanın Orissa ştatında “Titli” siklonunun səbəb olduğu torpaq sürüşməsi nəticəsində azı 12 nəfər, o cümlədən 3 uşaq həlak olub, 4 nəfər isə itkin düşüb. Avtosfer.az Azərtac-a istinadən xəbər verir ki, Baraqhara kəndinin 22 sakini təbii fəlakətdən qaçaraq mağaraya sığınıb. Leysan yağışları nəticəsində təpənin yamacında sürüşmə baş verib və 16 nəfər torpağın altında qalıb. Onlardan 12-nin cəsədi aşkarlanıb, 4 nəfərin taleyindən isə xəbər yoxdur. Ümumilikdə isə “Titli” siklonu Orissa ştatında 21 nəfərin həyatına son qoyub. Ştatın beş sahilyanı dairəsində 300 min insan təxliyə olunub, dövlət müəssisələrinin əksəriyyəti bağlanıb. Yerli hökumət balıqçılara dənizə çıxmamağı tövsiyə edib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh