Yol polisi sürücüdən rüşvəti belə aldı - VİDEO
Yol polisi
20 Fevral 2015 19:46
Oxunub 3830
Gəncədə DYP əməkdaşları sürücüdən hamının gözü qarşısında pul alıblar
Oxuculardan biri Avtosfer.az-a yol polisi əməkdaşının sürücüdən rüşvət aldığı əks olunan video göndərib. Həmin video 11 sentyabr 2014-cu il tarixdə Sahid Mehdizadə adlı şəxs tərəfindən Youtube sosial şəbəkəsində yayılıb. Videodan da göründüy kimi, 6156 nömrəli yol-patrul xidməti avtomobili «Mersedes» markalı avtomobili saxlatdırıb. Sürücü DYP avtomobilinə yaxınlaşıb və qısa söhbətdən sonra əlini cibinə salan sürücü maşında oturan yol polisi əməkdaşına pul verir və hər iki tərəf öz yoluna davam edir. Hadisənin ən maraqlı tərəfi isə odur ki, yol polisi əməkdaşları günün günorta çağı, yolun ortasında, insanların gözünün qarşısında da bu cür biabırçı hərəkətlərdən çəkinmirlər…
Avtosfer.az həmin videonu təqdim edir.
Emin
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR