Asteroidin səthində inanılmaz kəşf

Gündəm 13 Oktyabr 2018 22:22 Oxunub 917
Asteroidin səthində inanılmaz kəşf
WhatsApp kanalımıza abunə ola bilərsiniz
“Asteroidin səthi gözlədiyimizdən də qəribə çıxdı

Ryuqyu asteroidinin səthində çəkilən ilk görüntülər və toplanan məlumatlar yeni faktlar üzə çıxarıb. Avtosfer.az “ölkə.az”a xəbər verir ki, məlumatlara əsasən, səma cisminin səthində tozun miqdarı çox azdır və bu da alimlər üçün müəmma olaraq qalıb. “Asteroidin səthi gözlədiyimizdən də qəribə çıxdı. Ən qəribəsi odur ki, biz asteroidin səthində reqolit yığınına rast gəlmədik. Məntiqlə götürsək, kosmik eroziya böyük toz yığını yaratmalı idi”, - deyə Ralf Yaumann bildirib. “Xayabusa-2” avtomatik stansiyası 2014-cü ilin dekabr ayında Ryuqyu asteroidini tədqiq etmək və nümunələr götürmək üçün kosmosa göndərilib. Yapon aparat bu ilin iyun ayında hədəfə çatdı və uzunmüddətli yaxınlaşma prosesinə başladı.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh