Dəmir yolu nəqliyyatı ilə 2,1 milyard dollar dəyərində yük daşınıb

Gündəm 13 Oktyabr 2018 20:25 Oxunub 567
Dəmir yolu nəqliyyatı ilə 2,1 milyard dollar dəyərində yük daşınıb
WhatsApp kanalımıza abunə ola bilərsiniz
2018-ci ilin yanvar-sentyabr aylarında

2018-ci ilin yanvar-sentyabr aylarında dəmir yolu nəqliyyatı ilə ümumilikdə 4 milyon 751 min 280 ton yük daşınıb ki, bu yüklərin dəyəri 2 milyard 142 milyon 502 min ABŞ dollarıdır. Dövlət Gömrük Komitəsindən Avtosfer.az-a verilən məlumata görə, doqquz ayda dəmir yolu nəqliyyatı ilə ixrac olunan 1 milyon 548 min 422 ton yükün dəyəri 528 milyon 693 min dollar təşkil edir. Bu nəqliyyat növü ilə idxal olunan yüklərin həcmi 3 milyon 202 min 858 ton, dəyəri isə 1 milyard 613 milyon 808 min dollardır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh