NASA-nın “Chandra” teleskopunun qurğusu sıradan çıxıb

Gündəm 13 Oktyabr 2018 21:59 Oxunub 934
NASA-nın “Chandra” teleskopunun qurğusu sıradan çıxıb
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Operatorlar problemi aradan qaldıranadək teleskop sabit konfiqurasiyada saxlanılacaq

NASA-nın "Chandra” teleskopunun hiroskopu sıradan çıxıb. Mühəndislər teleskopu təhlükəsiz rejimə keçirməli olublar. Avtosfer.az.az xəbər verir ki, "Chandra” teleskopu günəş batareyalarının maksimum işıqlandırıldığı, optikası isə Günəş istiqamətindən çevrilmiş vəziyyətdədir. NASA-nın məlumatında bildirilir ki, təhlükəsiz rejimə keçidin (güman ki, hiroskopla bağlı) səbəbləri araşdırılır. Eyni zamanda, bütün sistem işləyir, tədqiqat alətləri qaydasındadır. On doqquz ildir fəaliyyət göstərən "Chandra” teleskopunun istifadə müddəti 5 ildir başa çatıb. Bundan əvvəl NASA nəhəng "Hubble” teleskopunun sınması barədə məlumat yaymışdı. Həmin teleskopda da üç hiroskopdan biri sıradan çıxıb. Operatorlar problemi aradan qaldıranadək teleskop sabit konfiqurasiyada saxlanılacaq.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh