Şirkət maşını kanala düşdü: 3 işçi xəsarət aldı - FOTO

Qəzalar 13 Oktyabr 2018 20:30 Oxunub 784
Şirkət maşını kanala düşdü: 3 işçi xəsarət aldı - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Faktla bağlı araşdırma aparılır

Bu gün axşam saatlarında Salyan-Sabirabad-Şirvan arasındakı yolun Salyan rayonunun Noxudlu kəndindən keçən hissəsində üç nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az virtualaz.org-a istinadən məlumatına görə, “AZENCO” şirkətinə məxsus 90 JT 213 dövlət nömrə nişanlı “UAZ” markalı kiçik tonnajlı yük maşınının idarəetməni itirərək yolun kənarındakı sor su kollektoruna düşməsi nəticəsində şirkətin işçiləri-Tovuz rayon sakini, 52 yaşlı Mübariz İlyas oğlu Həsənov, Abşeron rayon sakini, 24 yaşlı Teymur Mehman oğlu Teymurzadə və Tovuz rayon sakini, 20 yaşlı Namiq Cəlil oğlu Qasımov müxtəlif dərəcəli bədən xəsarətləri aldıqlarından Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər. Faktla bağlı araşdırma aparılır.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh