Göyçayda avtomobil piyadanı vuraraq öldürüb

Qəzalar 13 Oktyabr 2018 20:40 Oxunub 563
Göyçayda avtomobil piyadanı vuraraq öldürüb
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Faktla bağlı araşdırma aparılır

Göyçay rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az-ın “Report”a istinadən məlumatına görə, hadisə Bakı-Şamaxı-Yevlax yolunun 219-cu km-də -  Göyçay ərazisindən keçən hissəsində qeydə alınıb. Göyçay rayonunun Mırtı kənd sakini, 1978-ci il təvəllüdlü Şəmsi Həsrətovun idarə etdiyi "Mercedes-Benz" markalı avtomobil yolu keçmək istəyən 1978-ci il təvəllüdlü Niyaməddin Məmmədovu vurub. Nəticədə piyada aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb. Faktla bağlı araşdırma aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh