Gənc oğlan ov zamanı güllə yarası alaraq ölüb - Şabranda

Gündəm 13 Oktyabr 2018 21:41 Oxunub 714
Gənc oğlan ov zamanı güllə yarası alaraq ölüb - Şabranda
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır

Şabran rayonunda ov etmək istəyən gənc oğlan ehtiyatsızlıqdan özünü güllələyib. Avtosfer.az-ın "Report"a istinadən verdiyi məlumata görə, rayonun 2000-ci il təvəllüdlü Zeyvə kənd sakini Mahir Şıxəliyev tüfəngdən atəş açarkən güllə naməlum səbəbdən onun baş nahiyəsinə dəyib. Şabran Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilən M.Şıxəliyev bir müddətdən sonra orada dünyasını dəyişib. Xəstəxanadan verilən məlumata görə, meyit Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Xaçmaz rayon şöbəsinə təhvil verilib. Faktla bağlı Şabran Rayon Prokurorluğunda cinayət işi başlanıb, araşdırma aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh