Təşviqat materiallarını daşıyan yük maşını yanıb - FOTO

Qəzalar 14 Oktyabr 2018 14:04 Oxunub 581
Təşviqat materiallarını daşıyan yük maşını yanıb - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Hadisə zamanı xəsarət alan olmayıb

Gürcüstan prezidentliyinə müstəqil namizəd Salome Zurabişvilinin təşviqat materiallarının daşındığı yük maşınında yanğın baş verib. Avtosfer.az-ın “Report”a istinadən verdiyi xəbərə görə, avtomobil Türkiyədən Lilo gömrük terminalına yük daşınmasını həyata keçirib. Yanğın maşın Tbilisi-Senaki-Leselidze avtomobil yolunun 28 kilometrliyində olarkən baş verib. Hadisə zamanı xəsarət alan olmayıb. S.Zurabişvilinin seçki qərargahı yük maşınında baş vermiş yanğınla bağlı məlumat yayıb. Məlumatda qeyd olunub ki, maşında təşviqat futbolkaları/maykaları olub. Qərargah Gürcüstanın Daxili İşlər Nazirliyini faktı vaxtında araşdırmağa və yanğının baş vermə səbəblərini müəyyən etməyə çağırıb. Bundan əvvəl Gürcüstan paytaxtı Tbilisinin Didiube rayonunda “Eliava” tikinti materialları bazarı yaxınlığında güclü yanğın baş vermişdi.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh