BMW-dən tarixi dəyişəcək avtomobil - FOTOLAR

Avtobazar 14 May 2014 00:35 Oxunub 2293
BMW-dən tarixi dəyişəcək avtomobil - FOTOLAR
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Avtomobil nəhəngi BMW yeni lüks modelini testdən keçirib

Avtomobil nəhəngi BMW yeni lüks modelini testdən keçirib. ANS press-in məlumatına görə, maraqla gözlənilən super idman versiyası "BMW i8"in test sürüşü Los Angelesdə reallaşıb. BMW "i8"in əsas xüsusiyyəti ön təkərlərinin elektrikli mühərriklə, arxa təkərlərinin isə benzinli turbo mühərriklə təchiz edilməsidir. Avtomobil sektorunda bir ilkə imza atan BMW-in bu avtomobillə bazara səs salacağı gözlənilir. "BMW i8"in bir digər xüsusiyyəti isə 4 təkərinin də çəkmə qabiliyyətinin olmasıdır. Avtomobilin mühərriki 362 at gücünə malikdir. "BMW i8"in maksimum sürəti 250 kilometrdir. "BMW i8" modelinin yanacaq sərfiyyatı 100 kilometrdə 2,5 litrdən aşağı olacaq. Avtomobil 1,5 litr silindr həcminə malikdir. "BMW I8" 100 km məsafəni 4,5 saniyədə yığa bilir.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh