İki yük avtomobili toqquşub - Hacıqabulda

Qəzalar 14 Oktyabr 2018 15:11 Oxunub 808
İki yük avtomobili toqquşub - Hacıqabulda
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Qəza nəticəsində bir nəfər xəsarət alıb

Hacıqabul rayonunda bir nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. Avtosfer.az-ın “Report”a istinadən məlumatına görə, hadisə səhər saatlarında Bakı-Qazax magistralının 110-cu km-də, Hacıqabul rayonunun Pirsaat kəndi ərazisində qeydə alınıb. Yolun kənarında dayanan mişar daşı ilə yüklənmiş “KamAZ” markalı avtomobilə hərəkətdə olan “Shacman” markalı avtomobil çırpılıb. Nəticədə “Shacman”da sıxılıb qalmış sürücü - 1984-cü il təvəllüdlü Qobustan sakini Güləliyev Uluxan Vəzir oğlu FHN-in Hacıqabul Yanğından Mühafizə Xidmətinin əməkdaşları tərəfindən xüsusi avadanlığın köməkliyi ilə çıxarılıb. Yaralı sürcü Şirvan Şəhər Xəstəxanasına yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh