Bakıda qaçırılan avtomobil tapıldı - Oğruların inanılmaz üsulu

Gündəm 14 Oktyabr 2018 18:25 Oxunub 5016
Bakıda qaçırılan avtomobil tapıldı - Oğruların inanılmaz üsulu
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Faktla bağlı 19-cu polis bölməsində araşdırma aparılır

8 oktyabr tarixində Nəsimi rayonu, 4-cü mikrorayon ərazisində gecə saatlarında oğurlanan avtomobil tapılıb. Avtosfer.az xəbər verir ki, baku.ws-ə müraciət edən zərərçəkən Hüseyn Quliyev "Mercedes" markalı avtomobilinin həyətindən oğurlandığını bildirmişdi. Şüşəsi sındırılaraq oğurlanan avtomobil qısa zamanda tapılıb.  Hüseyn Quliyev bildirir ki, oğurlanan maşın Binəqədi kəndi ərazisində tapılıb. Oğrular maşının xarici görünüşündə dəyişiklik ediblər.

1996-cı il avtomobilin detalları dəyişdirilib və 1998-ci ilə uyğun olaraq yığılırmış. Avtomobilin detallarının dəyişdirilməsindən belə qənaətə gəlmək olar ki, dələduzlar maşını baha qiymətə sataraq daha çox qazanc əldə etməyi planlaşdırıb. Faktla bağlı 19-cu polis bölməsində araşdırma aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh