İndoneziyada ölənlərin sayı 2091 nəfərə çatıb

Gündəm 14 Oktyabr 2018 18:29 Oxunub 706
İndoneziyada ölənlərin sayı 2091 nəfərə çatıb
WhatsApp kanalımıza abunə ola bilərsiniz
680-dən çox insanın da itkin düşdüyü bildirilir

İndoneziyanın Sulavesi adasında sentyabrın 28-də baş vermiş dağıdıcı zəlzələ və sunami nəticəsində həlak olanların sayı 2091 nəfərə çatıb. Avtosfer.az Azərtac-a istinadən xəbər verir ki, bu barədə bazar günü Detik informasiya portalı məlumat yayıb. Mərkəzi Sulavesi əyalətinin rəsmi nümayəndəsinin sözlərinə görə, genişmiqyaslı axtarış-xilasetmə əməliyyatlarının oktyabrın 12-də başa çatmasına baxmayaraq, dağıntıların təmizlənməsi prosesində xilasedicilər cəsədlər aşkarlayırlar. Təbii fəlakət nəticəsində yaralananların ümumi sayı isə 10,6 min nəfərdən çoxdur. Onların 2,6 mindən çoxunun vəziyyəti ağır qiymətləndirilir. Bununla yanaşı, 680-dən çox insanın da itkin düşdüyü bildirilir.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh