Çimərliklərə «dron-xilasedici» nəzarət edəcək

Texnologiya 14 Oktyabr 2018 22:01 Oxunub 1489
Çimərliklərə «dron-xilasedici» nəzarət edəcək
WhatsApp kanalımıza abunə ola bilərsiniz
O, 8 kiloqram yük qaldırmaqa qadirdir

Dubay bələdiyyəsi çimərlikdə insanların təhlükəsizliyinə nəzarəti təmin etmək məqsədilə “Flying Rescuer” adlı pilotsuz uçuş aparatı (PUA) yaradıb. Avtosfer.az Azərtac-a istinadən xəbər verir ki, Dubay bələdiyyəsinin məlumatına görə, bu, dünyada həm funksiyalarına, həm də dizaynına görə ilk belə uçan aparatdır. O, 8 kiloqram yük qaldırmaqa qadirdir, həm radioidarəetmə, həm də avtopilot rejimində hərəkət edə və 30 dəqiqə batareyasını doldurmadan işləyə bilir. PUA, həmçinin yüksək hərarətə və nəmişliyə davamlıdır. Dron nəzarət nöqtəsindən bir kilometr məsafədə canlı yayım həyata keçirmək imkanı olan iki videokamera ilə təchiz edilib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh