İş başında tutuldu: “Polis lazım deyil, xahiş edirəm” – VİDEO

Gündəm 14 Oktyabr 2018 21:44 Oxunub 1062
İş başında tutuldu: “Polis lazım deyil, xahiş edirəm” – VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Bu qəbiristanlıqda dəfələrlə oğurluq hadisələri baş verib

Bakıda qəbiristanlıqdan oğurluq edən şəxs saxlanılıb. Avtosfer.az Musavat.com-a istinadən xəbər verir ki, saxlanılan şəxs xristianlara məxsus məzarların üzərində olan dəmir parçalarını oğurlayaraq satırmış. Həmin şəxsin əməlini sübut edən videogörüntü sosial şəbəkələrdə yayılıb. 10 EP 399 dövlət nömrə nişanlı “Moskvich” markalı maşınla qəbiristanlığa gələn şəxs elə iş başında yaxalanıb. Videodan da aydın olur ki, həmin şəxs artıq dəfələrlə həmin qəbiristanlıqdan oğurluq edib və bunu ona irad olaraq bildirirlər. Oğurluq edən şəxsi qəbiristanlığa yaxınlarının məzarını ziyarət etməyə gələn şəxslər yaxalayıblar. Daha sonra polisə məlumat verilib və həmin şəxs saxlanılıb. Məlumata görə, oğurluq hadisəsinin baş verdiyi yer Yasamal qəbiristanlığıdır. Xatırladaq ki, bu qəbiristanlıqda dəfələrlə oğurluq hadisələri baş verib. Məzarların yanına qoyulan güldanların, qərənfillərin oğurlanması barədə bir neçə dəfə məlumat vermişik.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh