“Maykl” qurbanlarının sayı 17-yə çatdı - FOTO

Gündəm 14 Oktyabr 2018 19:15 Oxunub 782
“Maykl” qurbanlarının sayı 17-yə çatdı - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Mer şəhərdə sanki bomba partladığını və döyüş meydanına bənzədiyini bildirib

ABŞ-ın şəqr sahillərində bir neçə gündür hökm sürən “Maykl” qasırğasında ölənlərin sayı 17-yə çatıb. Avtosfer.az “qafqazinfo”ya istinadən xəbər verir ki, Florida ştatında 8, Virciniyada 5, Şimali Karolinada 3 və Corciyada isə 1 nəfər ölüb. 4-cü dərəcəli təhlükə olaraq qiymətləndirilən qasırğanın Meksiko Biç şəhərində ciddi fəsadalara səbəb olub. Bir çox bina uçub, ağaclar aşıb, elektrik xətləri yarasız hala düşüb. Florida ştatının meri Rik Skott şəhərdə sanki bomba partladığını və döyüş meydanına bənzədiyini bildirib. Xatırladaq ki, ABŞ-da sentyabrın sonlarında baş vermiş “Florens” qasırğası zamanı isə 47 nəfər ölmüşdü.





ŞƏRH YAZ
Ad

E-mail

Şərh