Azərbaycanlı Rusiyada polislərə hücum etdi - Güllələndi

Gündəm 14 Oktyabr 2018 22:29 Oxunub 832
Azərbaycanlı Rusiyada polislərə hücum etdi - Güllələndi
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Polis əməkdaşı hücum edən şəxsi silahdan atəş açaraq yaralayıb

Rusiya İstintaq Komitəsinin Sankt-Peterburq şəhər idarəsi 25 yaşlı azərbaycanlı barəsində cinayət işinə başlayıb. Avtosfer.az virtualaz.org-a istinadən xəbər verir ki, həmyerlimiz hakimiyyət nümayəndəsinə qarşı zor tətbiq etməkdə ittiham olunur. Mənbəyə əsasən, oktyabrın 13-də polis əməkdaşları qaçırılmış avtomobili saxlayıblar. Avtomobildən çıxan şübhəli şəxs sağ əlində bıçaq tutaraq, polis əməkdaşlarına hücum edib. Havaya açılan xəbərdarlıq atəşindən sonra polis əməkdaşı hücum edən şəxsi tabel silahından atəş açaraq sağ çiynindən yaralayıb.

Hazırda cinayətkarın mühafizə altında xəstəxanada olduğu bildirilir. Ona qarşı ittihamın irəli sürülməsi və qətimkan tədbirinin seçilməsi məsələsi həll edilir.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh