Üç "Mercedes", bir "Nissan" və "QAZ-53" toqquşdu - Gəncədə
Qaydalar 14 Oktyabr 2018 22:35 251 dəfə oxunub
Üç "Mercedes", bir "Nissan" və "QAZ-53" toqquşdu - Gəncədə
Zəncirvari yol qəzasında xəsarət alanların kimlikləri məlum olub

Gəncə şəhərində baş vermiş zəncirvari avtomobil qəzasında xəsarət alanların kimlikləri məlum olub. Şəhərin şərq çıxışında "QAZ-53" markalı avtomobil idarəetmədən çıxaraq aşıb. Yoldan keçən bir neçə sürücü avtomobillərini saxlayaraq qəzaya düşən şəxsə kömək etmək istəyib. Bu zaman "Bakı-Gəncə" xətti üzrə işləyən "Mercedes" markalı avtobus qarşısındakı "Mercedes" markalı 2 minik avtomobilinə çırpılıb. Zərbənin gücündən həmin avtomobillər də digər maşınlara dəyib.  Qəza zamanı avtobusda olan sərnişinlərdən xəsarət alan olmasa da, minik maşınlarında olan 3 nəfər - Əliyev İlqar İsmayil oğlu (1967), Şirani Hüseyn Zahid oğlu (1993) və Verdiyeva Nərmin Alim qızı (1998) xəsarət alıblar. Yaralılar xəstəxanaya aparılıb. Onların vəziyyətinin qənaətbəxş olduğu bildirilir. Daha bir neçə nəfərə isə hadisə yerində ambulator yardım göstərilib.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.

 

Report

ŞƏRH YAZ
Ad
E-mail
Şərh