Şəkidə gəlin maşını şadlıq sarayına traktorların müşayəti ilə gətirilib - FOTO

Avtosfer Foto 14 Oktyabr 2018 22:48 Oxunub 1598
Şəkidə gəlin maşını şadlıq sarayına traktorların müşayəti ilə gətirilib - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Dostları cütlüyə xoş anlar bəxş etmək üçün bütün traktorları bir araya toplayıblar

Şəkidə ilk dəfə toy günü gəlin maşını şadlıq sarayına traktorların müşayiəti ilə gətirilib. Öryət kənd sakinləri Ümid Əsgərov və Şəfəq Əsgərova cütlüyü gəlin maşını ilə şadlıq evinə gedərkən kəndin elə ilk döngəsində bəyin dostlarının maraqlı surprizi ilə qarşılaşıb. Bəy Ü.Əsgərovun iş yoldaşları və dostları cütlüyə xoş anlar bəxş etmək üçün Öryət kəndindəki bütün traktorları bir araya toplayıblar. Dostlar traktorları üçrəngli bayraqlarla, gül-cicək və şarlarla bəzəyiblər. Gəlin maşını kənddən rayon mərkəzindəki şadlıq evinə qədər 15 km-ə yaxın məsafəni traktor karvanı ilə qət edib.

Dostların bu sürprizi bəylə gəlinin, onların yaxınlarının, qonaqların marağına səbəb olub, toy mərasimini daha yaddaqalan edib.

 

“Report”

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh