Polis orta məktəblərdə maarifləndirici tədbirlər keçirir - FOTO

Yol polisi 14 Oktyabr 2018 22:50 Oxunub 1428
Polis orta məktəblərdə maarifləndirici tədbirlər keçirir - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Bu tədbirlər maraqla qarşılanır

Şəki Şəhər-Rayon Polis Şöbəsinin təşəbbüsü ilə ucqar kəndlərdə maarifləndirmə tədbirləri davam etdirilir. “Narkomaniya ümumbəşəri bəladır”, “Erkən nikah və onun fəsadları” ,“Dini radikalizmə qarşı birgə mübarizə ” və “ Yol hərəkəti qaydaları” mövzularında maarifləndirmə tədbiri rayonun Qayabaşı kənd orta məktəbində  keçirilib. Tədbirdə kənd icra nümayəndəliyi, sakinlər, məktəbin müəllim və şagird kollektivi iştirak edib.
Tədbirdə çıxış edən Şəki ŞRPŞ-nin rəisi, polis polkovniki Əbülfət Rzayev cəmiyyətin ciddi bəlasına çevrilən, mənəvi və əxlaqi dəyərlərə zərbə vuran narkomaniyanın yaratdığı problemlərdən və fəsadlardan danışıb. Narkotik maddələrin insan sağlamlığına və psixologiyasına vurduğu zərər barəsində gənclərə ətraflı məlumat verib. Narkomaniyanın gənclər arasında daha tez yayıldığını deyən Ə.Rzayev bu  baxımdan onların maarifləndirilməsinin zəruriliyini diqqətə çatdırıb.
Daha sonra dini radikalizmdən söz açan ŞRPŞ-nin rəisi din pərdəsi arxasında gizlənib, mənfi əməllərlə məşğul olanların cinayətkar xislətindən söz açıb. Ölkəmizdə bu işlə məşğul olanlara qarşı ciddi tədbirlərin görüldüyü barədə məktəbliləri məlumatlandırıb. Gənclərin sağlam həyat yaşamağının və vətənpərvər ruhda böyüməyinin cəmiyyətin əsas inkişaf meyarlarından biri olduğunu izah edib.
Erkən nikahdan da söz açan rəis bu kimi halların ölkəmizdə qanunla qadağan olunduğunu və bu işi qanunsuz şəkildə həyata keçirənlərin cinayət məsuliyyətinə cəlb olunduğunu bildirib. 
Analoji tədbir Zaqatala RPŞ-nin təşkilatçılığı ilə şəhərin 1 saylı orta məktəbində də keçirilib. Polis əməkdaşları dövrün aktual mövzuları barəsində gəncləri bilgiləndirib, onlara dəyərli məsləhətlər verilib. Sonda gənclərin suallarını cavablandıran polislər belə problemlərin aradan qaldırılması üçün cəmiyyətin hər bir üzvünün fəal iştirakının vacib olduğunu və şagirdlərə də belə hallarla qarşılaşdıqları təqdirdə aidiyyatı qurumlara məlumat verilməsinin əhəmiyyətini diqqətə çatdırıblar.

 

Mahir Məsimov,
polis leytenantı

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh