Yol polislərimiz dünya çempionu olub bayrağımızı qaldırdı - FOTO-VİDEO

Yol polisi 14 Oktyabr 2018 22:56 Oxunub 3556
Yol polislərimiz dünya çempionu olub bayrağımızı qaldırdı  - FOTO-VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Fərid Mayılov və Süleyman Əliyev üçrəngli bayrağımızı dalğalandırıb və himnimizi səsləndirib

Azərbaycan idmançısı Fərid Mayılov yeddinci dəfə dünya çempionu olub. Avtosfer.az xəbər verir ki, Çexiyanın Ostrava şəhərində təşkil olunan kombat ciu-citsu idman növü üzrə dünya çempionatında 84 kiloqram çəki dərəcəsində çıxış edən Baş Dövlət Yol Polisi İdarəsinin polis kapitanı Fərid Mayılov bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Yarışa ciddi hazırlaşdığını bildirən F.Mayılov növbəti dəfə üçrəngli bayrağımızı dalğalandırıb, himnimizi səsləndirdiyi üçün xoşbəxt olduğunu diqqətə çatdırıb. Görüşlərim gərgin idman mübarizəsi şəraitində keçdiyini qeyd edən idmançı kifayət qədər güclü rəqiblərə qarşı mübarizə apardığını söyləyib. “Çexiyaya çempionluq üçün getmişdim. Çox sevinirəm ki, istəyimə nail oldum və yeddiqat dünya çempionu adına yiyələndim”, - deyə F.Mayılov əlavə edib.

Bundan başqa, Baş Dövlət Yol Polisi İdarəsinin digər əməkdaşı, polis kapitanı Süleyman Əliyev də (92 kq çəki üzrə) rəqiblərini məğlub edərək "polis özünümüdafiəsi" proqramı üzrə dünya çempionu olub. S.Əliyev Avtosfer.az-a qələbə sevincini bölüşərək Azərbaycan üçün bundan sonra da var gücü ilə çalışacağını, bu qələbəni bütün xalqımıza həsr etdiyini bildirib: "Bu mənim ilk dünya çempionluğumdur və məni çox ruhlandırdı. Çalışacam ki, bundan sonra da qələbələrimin sayı çox olsun".

 

Emin

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh