Həbib Nurməhəmmədov Floyd Meyvezeri döyüşə çağırıb - VİDEO

Gündəm 14 Oktyabr 2018 23:05 Oxunub 1414
Həbib Nurməhəmmədov Floyd Meyvezeri döyüşə çağırıb - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
"Sənin 50 qələbən mənim 27 qalibiyyətimə qarşı"

Yüngül çəkidə rusiyalı UFC çempionu Həbib Nurməhəmmədov amerikalı boksçu Floyd Meyvezeri rinqə dəvət edib. Avtosfer.az “Report”a istinadən xəbər verir ki, dəvət videosu boks meneceri Decuan Bleykin "İnstagram" səhifəsində paylaşılıb. "Gəl, Floyd! Mən döyüşməyə hazıram. Sənin 50 qələbən mənim 27 qalibiyyətimə qarşı", — deyə Nurməhəmmədov bildirib, lakin bununla belə, qarşılaşmanın hansı qaydalar çərçivəsində olacağını açıqlamayıb.

"Bu cəngəlliklərdə yalnız bir kral var, o da, əlbəttə ki, mənəm", - deyə o bildirib və əlavə edib ki, Meyvezer Makqreqoru rinqdə təslim edə bilməyib, mən isə bunu asanlıqla etdim.

Xatırladaq ki, Nurməhəmədov oktyabrın 7-də iki çəki dərəcəsi üzrə irlandiyalı sabiq UFC çempionu Konor Makqreqora boğucu fəndlə qalib gəlib. Meyvezer isə Konoru texniki nokautla məğlub edib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh