Polis onlarla çeçeni reketliyə görə saxlayıb

Gündəm 15 Oktyabr 2018 06:57 Oxunub 842
Polis onlarla çeçeni reketliyə görə saxlayıb
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Qruplaşma üzvləri yük avtomobillərinin sürücülərindən 200 avro "haqq" alırmış

Fransa polisi şənbə günü Paris yaxınlığında irimiqyaslı əməliyyat keçirib. Avtosfer.az "Report"a  istinadən xəbər verir ki, əməliyyatın gedişatında reket qruplaşmasının üzvü olan 23 çeçen saxlanılıb. Əməliyyat Livri-Qarqan (Parisdən şimal-şərqdəki Sena-Sen-Deni departamenti) şəhərində keçirilib. Saxlanılan 23 nəfərin hamısı cinayət başında – onlar sürücülərdən pul alan vaxt yaxalanıb. Qruplaşma üzvləri Parisə Şərqi Avropadan, ilk növbədə Polşadan, Moldavadan və Ukraynadan gələn yük avtomobillərinin sürücülərinin əksəriyyətindən 200 avro məbləğində "haqq" alırmış.  Qeyd edək ki, bir müddət əvvəl Siciliyada da hüquq-mühafizə orqanları və digər güc strukturları "Santapaola-Ercolano" mafioz qruplaşmasının 24 üzvünü saxlayıb. Mafioz qruplaşma üzvləri qanunsuz silah saxlamaqda, yerli sahibkarlara qarşı təhdidlərdə və reketlikdə təqsirləndiriliblər.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh