İçməli sudan zəhərlənənlərin sayı 111 min nəfərə çatıb

Gündəm 15 Oktyabr 2018 07:14 Oxunub 1022
İçməli sudan zəhərlənənlərin sayı 111 min nəfərə çatıb
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Zəhərlənməyə içməli suyun çirklənməsinin səbəb olub

İraqın Bəsrə şəhərində içməli sudan zəhərlənənlərin sayı 111 min nəfərə çatıb. Avtosfer.az "Report"a istinadən xəbər verir ki, bu barədə "Al-Sumaria"ya BMT-nin İnsan Haqları üzrə Ali Komissarının Bəsrədəki ofisinin direktoru Mehdi ət-Tamimi bildirib. "Çirkli sudan zəhərlənənlərin sayı 111 min nəfərə çatıb", - deyə ət-Tamimi qeyd edib. O, əlavə edib ki, sudan zəhərlənmə halları məktəblilər arasında da mövcuddur. Qeyd edək ki, ötən ay İraqda 27 minə yaxın insanın sudan zəhərləndiyi bildirilirdi. Zəhərlənməyə içməli suyun çirklənməsinin səbəb olub.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh