Bu küçədə yol nişanı yoxdur: Sürücülər hər an təhlükə ilə üz-üzədir - VİDEO

Avtosfer TV 16 Oktyabr 2018 17:15 Oxunub 1872
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Vətəndaşlar isə qəza baş verə biləcəyindən narahatdır

Yeni Yasamal qəsəbəsi, Əsəd Əhmədov və Dadaş Bünyadzadə küçələrinin kəsişməsində yol hərəkəti nişanlarında  problemlər  var. Bununla bağlı Avtosfer.az saytına  ərazidə yaşayan sakinlərdən  müraciət  daxil  olub.  Müraciətdə  qeyd olunur ki, qeyd olunan küçələrin  kəsişdiyi yerdə üstünlük nişanı yoxdur. Bu da sürücülərə  ciddi problem yaradır. 
Bildirilir ki,  əvvəllər D. Bünyadzadə küçəsində "Yol ver" nişanı olub, amma təmirdən sonra nişan yerinə qoyulmayıb. İndiki vəziyyətdə isə kəsişmə nizamlanmayan yol ayrıcı olduğu üçün sağ tərəfdən, yəni D.Bünyadzadə küçəsindən gələnlər üstünlüyə malikdir. Ancaq hamı elə əvvəlki qaydalarla avtomobil idarə edir və Ə.Əhmədov küçəsini baş yol kimi qəbul edir. Ərazidə istənilən an qəza ola bilər. 

Müraciətdə bildirir ki,13.09.2018 tarixində məsələ ilə bağlı BDYPİ rəhbərliyinə elektron qaydada müraciət olunub. Oradan da işin aidiyyatı üzrə BNA-ya yönləndirilməsi ilə bağlı cavab məktubu gəlib. 09.10.2018 tarixində BNA-dan gələn cavab məktubunda isə qeyd olunub ki, əraziyə baxış keçirilib və nişanların quraşdırılması müvafiq hesab edilib. Müəyyən zaman ərzində ərazidə nişanlar quraşdırılacaq. Vətəndaşlar isə hər an qəza baş verə biləcəyindən narahatdır.

Ərazidən çəkilmiş videonui təqdim edirik:

 

Kənan

ŞƏRH YAZ
Ad

E-mail

Şərh