Sərhəddə narkotik vasitə və  psixotrop dərman aşkarlanıb - FOTO

Gündəm 15 Oktyabr 2018 10:08 Oxunub 729
Sərhəddə narkotik vasitə və  psixotrop dərman aşkarlanıb - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Hadisə ilə əlaqədar zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir

Dövlət Sərhəd Xidməti (DSX) tərəfin­dən eti­barlı sərhəd mühafizəsinin təmin edilməsi, o cümlədən narkotik vasitə­lərin və psixotrop maddələrin ölkə ərazisinə qanunsuz gətirilməsinin qarşısının alınması istiqamətində tədbirlər davam etdirlir. DSX-dən Avtosfer.az-a verilən məlumata görə, hadisə 11 oktyabr tarixində DSX Sərhəd Qoşunlarının “Horadiz” sər­həd dəstəsinin xidməti ərazisində baş verib. Həmin tarixdə saat 23:50 radələrində Beyləqan rayon 2-ci Şahsevən kəndi ərazisindəki sərhəd zas­tavasının xidməti sahəsində dövlət sərhədini pozaraq İrandan Azərbaycana keçmək istəyən 1 nəfərin naməlum şəxsin hərəkəti sərhəd naryadı tərəfin­dən aşkar edilib. Sərhədçilərin “dayan” əmrinə tabe olmayan sərhəd pozucusu əlindəki əşyanı ataraq geriyə İİR tərəfə qaçıb. Həmin əraziyə baxış zamanı 1 ədəd sarı rəngli kisənin içərisində 10 kq 530 qram narkotik vasitə və 5010 ədəd psixotrop tərkibli dərmanlar aşkar edilib. Hadisə ilə əlaqədar zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Namiq

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh