Avtomobildən meyit aşkarlanıb - Hacıqabulda

Gündəm 15 Oktyabr 2018 11:17 Oxunub 668
Avtomobildən meyit aşkarlanıb - Hacıqabulda
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Faktla bağlı araşdırma aparılır

Hacıqabul rayonunda Belarus vətəndaşının meyiti idarə etdiyi avtomobildə aşkar edilib. Avtosfer.az “Report”a istinadən məlumatına görə, rayonun Muğan qəsəbəsi ərazisində Belarus vətəndaşı, 1983-cü il təvəllüdlü Saqayduk Dmitri Valeriyeviçin TIR tipli yük avtomobilində meyiti aşkarlanıb. Belə ki, “DAF” markalı AM 6438-1 dövlət nömrə nişanlı avtomobilin dünəndən yol kənarında dayandığını görən ətrafdakı insanlar sürcünün öldüyünü aşkar ediblər və bu barədə polisə məlumat verilib. Sürcünün meyiti müayinə olunmaq üçün Şirvan şəhər Pataloji Anatomiya və Məhkəmə Tibbi Ekspertiza mərkəzinə yerləşdirilib. Onun hansı səbəbdən öldüyü tibbi ekspertizanın rəyindən sonra məlum olacaq. Faktla bağlı araşdırma aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh