Bu yolda təmir işləri aparılır

Gündəm 15 Oktyabr 2018 11:25 Oxunub 901
Bu yolda təmir işləri aparılır
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Sürücülərdən sözügedən yolda hərəkətdə olarkən diqqətli olmaları xahiş olunur

Bakı-Dairəvi avtomobil yolunun 0-14 km-də nəqliyyat qəzaları nəticəsində yararsız vəziyyətə düşmüş təhlükəsizlik sədlərinin təmiri işləri aparılır. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Avtosfe.az-a verilən məlumata görə, təmir işləri avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə aparılır. Sürücülərdən sözügedən yolda hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.

Namiq

ŞƏRH YAZ
Ad

E-mail

Şərh