Həmyerlisini güllələyən şəxsə hökm oxunub

Gündəm 15 Oktyabr 2018 11:55 Oxunub 600
Həmyerlisini güllələyən şəxsə hökm oxunub
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Tural Qurbanov məhkəmənin qərarı ilə 9 il 6 ay azadlıqdan məhrum edilib

Ağstafa rayonunda həmyerlisini öldürməyə cəhd edən şəxsin məhkəməsi başa çatıb. Avtosfer.az-ın "Report"a istinadən məlumatına görə, Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Kəramət Əliyevin sədrliyi ilə keçirilən məhkəmədə Ağstafa rayon sakini, 1983-cü il təvəllüdlü Tural İbrahim oğlu Qurbanova höküm oxunub.  Cinayət Məcəlləsinin 29,120.1 (öldürməyə cəhd) maddəsi ilə ittiham olunan T.Qurbanov məhkəmənin qərarı ilə 9 il 6 ay azadlıqdan məhrum edilib. Qeyd edək ki, bu ilin fevral ayında T.Qurbanov mübahisə zəminində Ağstafa rayon Dağkəsəmən kənd sakini, 1984-cü il təvəllüdlü Rauf Fikrət oğlu Niyazovu ov tüfəngilə güllələyərək onu ağır yaralayıb. Daha sonra onu köməksiz vəziyyətdə qoyaraq hadisə yerindən qaçıb. Bir müddətdən sonra isə polis tərəfindən saxlanılaraq istintaqa cəlb olunub.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh