Mağazadan 11 telefon oğurlayan şəxs saxlanılıb

Gündəm 15 Oktyabr 2018 12:21 Oxunub 614
Mağazadan 11 telefon oğurlayan şəxs saxlanılıb
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Faktla bağlı araşdırma aparılır

Bakıda mağazadan 11 telefon oğurlayan şəxs saxlanılıb. Bu barədə Avtosfer.az-a Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən bildirilib. Oktyabrın 7-nə keçən gecə Yasamal rayonunun A.M.Şərifzadə küçəsindəki mağazaların birindən oğurluq edilməsi barədə DİN-in “102 – Zəng Mərkəzi”nə müraciət daxil olub. Məlumatla əlaqədar dərhal 29-cu Polis Şöbəsinin əməkdaşları hadisə yerinə gəlib, araşdırmalar zamanı telefon satışı mağazasından 11 ədəd telefon və 1 ədəd noutbukun oğurlandığı məlum olub. Təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən şəxs qısa müddətdə müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılıb. Araşdırmalar zamanı onun Ağcabədi rayon sakini, əvvəllər də məhkum olunmuş Xəyyam Vəliyev olduğu müəyyən edilib. Mobil telefonların bir neçəsi polis əməkdaşları tərəfindən maddi sübut kimi ondan götürülüb. Faktla bağlı araşdırma aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh