Qadınlara qarşı zor tətbiq edərək pullarını oğurlayan şəxs saxlanılıb

Gündəm 15 Oktyabr 2018 14:25 Oxunub 603
Qadınlara qarşı zor tətbiq edərək pullarını oğurlayan şəxs saxlanılıb
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində

Bakıda qadınlara qarşı zor tətbiq edərək pullarını oğurlayan şəxs saxlanılıb. Bu barədə Avtosfer.az-a Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən bildirilib. Belə ki, Nizami rayon Polis idarəsinin 25-ci polis şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini Z.Bəkirovanın çantasından içərisində 300 manat, 50 ABŞ dolları və sənəd olan pulqabısını oğurlamaqda şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş Konstantin Qnuşey tutulub. Ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun daha 3 qadının çantalarından pul və sənəd oğurlaması da müəyyən edilib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh