Külli miqdarda saxta dollar satan şəxs saxlanılıb

Gündəm 15 Oktyabr 2018 14:35 Oxunub 546
Külli miqdarda saxta dollar satan şəxs saxlanılıb
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Faktla bağlı istintaq davam etdirilir

Gürcüstanda külli miqdarda saxta 100 dollarlıq əskinaslar satan Azərbaycan vətəndaşı saxlanılıb. Avtosfer.az “Report”a istinadən xəbər verir ki, bu barədə qonşu ölkənin Maliyyə Nazirliyinin İstintaq Xidməti məlumat yayıb. Əməliyyat-axtarış tədbirləri nəticəsində Azərbaycan vətəndaşından 617 ədəd saxta 100 dollarlıq əskinaslar (61 700 dollar) müsadirə olunub. Faktla bağlı istintaq davam etdirilir. Azərbaycan vətəndaşını 7 ildən 10 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh