Bakıda satılan ən bahalı və ən ucuz avtomobil – QİYMƏTLƏR

Avtobazar 15 Oktyabr 2018 23:52 Oxunub 7378
Bakıda satılan ən bahalı və ən ucuz avtomobil – QİYMƏTLƏR
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Paytaxtımızda satılan ən bahalı avtomobillərlə tanış olun

Bakını ziyarət etməyə gələn xarici qonaqları şəhərdə təəccübləndirən məqamlardan biri bahalı avtomobillərin çoxluğudur. Bir çox Bakı sakini göz oşayan, ehtişamlı avtomobilləri sevir. Belə maşınlara yiyələnmək istəyənlərin də sayı yetərincədir. Avtosfer.az xəbər verir ki, mövzu ilə əlaqədar olaraq bakucity.az saytı şəhərin avtomobil elanı saytlarında satılan ən bahalı avtomobili müəyyənləşdirməyə çalışıb. Beləliklə, paytaxtımızda satılan ən bahalı avtomobillərlə tanış olun.

Ən bahalı yeni avtomobil

Turbo.az saytında yerləşdirilən elana görə, hazırda Bakı şəhərində əldə edə biləcəyiniz ən bahalı yeni model avtomobil 435,000 dollara satılır. 2018-ci il istehsalı olan “Rolls-Royce” avtomobilinin qara rəngli “Ghats” modeli 570 at gücündə, mühərrikinin həcmi isə 6,5-dir. Elanda verilən məlumata görə, avtomobili barter etmək də mümkündür.  Avtomobilə 4 illik zəmanət verilir. 

Ən bahalı işlənmiş avtomobil

Bakucity.az saytı Bakıda satılan ən bahalı işlənmiş avtomobili də müəyyənləşdirib. 

Bakıda ala biləcəyiniz ən bahalı işlənmiş avtomobil 2016-cı il istehsalı olan “Rolls-Royce”nin qara rəngli “Wraith” modelidir. Turbo.az-da yerləşdirilən elana görə, mühərrik həcmi 6-5 L, yürüş göstəricisi isə 1,474 km olan bu avtomobilin qiyməti 380,555 dollardır.  Avtomobili almaq istəyənlərə 2020-ci ilə qədər zəmanət verilir. 

Ən ucuz avtomobil

Oxucularımız üçün maraqlı olacağını nəzərə alaraq,  hazırda Bakıda satılan ən ucuz avtomobili də müəyyənləşdirmişik.

Turbo.az saytındakı elana görə, hazırda paytaxtımızda satılan ən ucuz avtomobil 1978-ci il istehsalı olan yaşıl rəngli “Moskviç”dir. 1.5 L mühərrik həcmi olan bu avtomobil benzinlə işləyir və indiyədək 157, 907 km yürüş edib. Avtomobilin qiyməti 850 manatadır. Elanda verilən məlumata görə, yaxşı vəziyyətdədir.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh