"Azərsu" ASC-nin sürücüsünə hökm oxunub

Gündəm 15 Oktyabr 2018 15:46 Oxunub 625
"Azərsu" ASC-nin sürücüsünə hökm oxunub
WhatsApp kanalımıza abunə ola bilərsiniz
O, 5 il müddətinə azadlıqdan məhrum edilib

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmada təqsirləndirilən Akif Şükürovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb. Avtosfer.az-ın "Report"a istinadən xəbərinə görə, hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Məhkəmənin hökmü ilə o, 5 il müddətinə azadlıqdan məhrum edilib. Qeyd edək ki, hadisə Xətai rayonunun Əhmədli qəsəbəsi ərazisində yerləşən "Batabat" kafesində baş verib.  Xatırladaq ki, A.Şükürov "Azərsu" ASC-də sürücü vəzifəsində çalışıb.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh