İçərisində 9000 manat olan avtomobil yandırılıb - Neftçalada

Gündəm 15 Oktyabr 2018 16:30 Oxunub 1063
İçərisində 9000 manat olan avtomobil yandırılıb - Neftçalada
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Araşdırma aparılır

Neftçala rayonunda içərisində 9000 manat olan avtomobil yandırılıb. Bu barədə Avtosfer.az-a Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən bildirilib. Belə ki, oktyabrın 14-nə keçən gecə Neftçala şəhəri ərazisində Bakı şəhər sakini F.Eynullayevin içərisində 9000 manat pulu olan “KİA” markalı avtomobilin yandırılması barədə rayon polis şöbəsinə məlumat daxil olub. Faktla əlaqədar polis əməkdaşları tərəfindən keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində əmlakı qəsdən məhv etməkdə şübhəli bilinən şəxs qısa müddətdə müəyyən edilərək saxlanılıb. Araşdırmalarla onun şəhər sakini İbrahim Muradov olduğu məlum olub. Araşdırma aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh