Yolda qalan sürücülərin dostu - 156 evakuasiya xidməti - VİDEO

Avtosfer TV 15 Oktyabr 2018 17:46 Oxunub 6939
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Azərbaycanın ən böyük evakuasiya şirkəti "Evakuasiya.az" MMC-nin bu gün 7 yaşı tamam olur

2011-ci il 15 oktyabr tarixindən etibarən faliyyətə başlamış Azərbaycanın ən böyük evakuasiya şirkəti "Evakuasiya.az" MMC-nin bu gün 7 yaşı tamam olur. Sosial şəbəkələrdəki öz hesablarında bu səviyyəyə gəlib çıxmaqlarının səbəbinin müştəriləri olduğunu deyən şirkət bu münasibətlə bütün müştərilərinə dərin təşəkkürünü bildirir. Hətta bu səbəbdən yoldan keçən bir çox sürücüyə hədiyyələr təqdim ediblər.

Xatırladaq ki, Evakuasiya.az, Yol Yardım Xidməti çərçivəsində müştərilərinə 3 fərqli xidmət təklif edir:

Evakuasiya Xidməti

Yolda Təmir Xidməti

Avtomobil Kirayəsi Xidməti

Şirkət yarandığı gündən bu yana bir çox mükafatlar və sertifikatlara, habelə, 2016-cı ildə "Təhlükəsizlik və Etibarlı Evakuasiya xidməti sayəsində İlin Şirkəti", 2013-cü ildə "İlin Şirkəti" adına layiq görülmüş, 2011-ci ildə isə ISO9001: 2008 beynəlxalq idarəetmə sistemi uyğunluq sertifikatını əldə etmişdir. Şirkətin hal-hazırda respublikamızın 13 şəhərində dislokasiya nöqtələri mövcuddur ki, bu da bütün ölkə ərazisində operativ xidmət göstərməyə imkan verir. Tək Bakı şəhəri və Abşeron yarımadasında şirkət 100-dən çox dislokasiya nöqtəsindən müştərilərinə xidmət göstərir.

Evakuasiya.az şirkəti bazarda rəqabət üstünlüyünü 6 prinsip üzərində qurub:

- Müştəri Məmnuniyyəti;

- Ən Aşağı Tariflər;

- Bütün Ölkə Ərazisində 24 Saat Ərzində Keyfiyyətli Xidmətin Göstərilməsi;

- Daşınan Avtomobillərə Korporativ Zəmanət və Korporativ Məsuliyyət;

- Geniş Avtomobil Qarajı;

- Güclü Keyfiyyətə Nəzarət Sistemi;

Qeyd edək ki, beynəlxalq əməkdaşlıq çərçivəsində “Evakuasiya.Az” MMC Avropanın ən böyük yol yardım xidməti şirkəti olan Almaniyanın ADAC (Allgemeiner Deutscher Automobil-Club) şirkəti ilə xüsusi tərəfdaşlıq statusuna malikdir və müştərilərinə Avropa ərazisində tərəfdaş şirkətlər vasitəsi ilə xidmət göstərir.

Avtosfer.az olaraq biz də "Evakuasiya.az" MMC-nin rəhbərliyini və kollektivini təbrik edir, yeni-yeni uğurlar arzulayırıq.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh