Tovuzda çörək maşını aşdı: 3 yaralı - FOTO

Qəzalar 15 Oktyabr 2018 20:04 Oxunub 680
Tovuzda çörək maşını aşdı: 3 yaralı - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Faktla bağlı araşdırma aparılır

Tovuz rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxslərin adı məlum olub. Avtosfer.az-ın "Report"a istinadən məlumatına görə, hadisə zamanı üç nəfər ağır bədən xəsarətləri alıb. Yaralılar Tovuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onlardan "VAZ-2107" markalı avtomobilin sürücüsünün vəziyyətinin ağır olduğu bildirilir. Digər  yaralılar, Tovuz rayon sakinləri - 1990-cı il təvəllüdlü Seymur Nəriman oğlu Balakişiyev və 1991-ci il təvəllüdlü Vusal Vəli oğlu Quliyevin vəziyyəti isə orta-ağır qiymətləndirilir. Faktla bağlı araşdırma aparılır.

***17:41

Tovuz rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. Hadisə şəhərin Heydər Əliyev prospektində qeydə alınıb. Belə ki, çörək zavoduna məxsus "VAZ-2104" markalı avtomobillə "VAZ-2107" markalı avtomobil toqquşub. Zərbənin gücündən çörək maşını aşıb.  Nəticədə hər iki avtomobilin sürücüsü və 1 nəfər sərnişin müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər. Onlardan "VAZ-2107" markalı avtomobilin sürücüsünün vəziyyətinin ağır olduğu bildirilir.  Hazırda hər üç şəxsin kimliyi və qəzanın səbəbləri araşdırılır.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh