Avtomobili qəsdən yandıran şəxs saxlanılıb - Neftçalada

Gündəm 15 Oktyabr 2018 20:10 Oxunub 507
Avtomobili qəsdən yandıran şəxs saxlanılıb - Neftçalada
WhatsApp kanalımıza abunə ola bilərsiniz
RPŞ-də araşdırma aparılır

Oktyabrın 14-nə keçən gecə Neftçala şəhəri ərazisində Bakı şəhər sakini F.Eynullayevin içərisində 9000 manat pulu olan “KİA” markalı avtomobilin yandırılması barədə Rayon Polis Şöbəsinə məlumat daxil olub. DİN-dən Avtosfer.az-a verilən məlumata görə, faktla əlaqədar polis əməkdaşları tərəfindən keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində əmlakı qəsdən məhv etməkdə şübhəli bilinən şəxs qısa müddətdə müəyyən edilərək saxlanılıb. Araşdırmalarla onun şəhər sakini İbrahim Muradov olduğu məlum olub. RPŞ-də araşdırma aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh