Astarada çaylardakı sel və daşqın təhlükəsinə qarşı mübarizəyə 2 milyon manat ayrılıb

Gündəm 15 Oktyabr 2018 20:22 Oxunub 742
Astarada çaylardakı sel və daşqın təhlükəsinə qarşı mübarizəyə 2 milyon manat ayrılıb
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Prezident İlham Əliyev bu barədə sərəncam imzalayıb

Prezident İlham Əliyev Astara rayonunda sel və daşqın təhlükəli çayların zərərli təsirinə qarşı mübarizə və qəza vəziyyətinin aradan qaldırılması tədbirləri haqqında sərəncam imzalayıb.  Avtosfer.az-ın "Report"a istinadən məlumatına görə, sərəncamla  Astara rayonunda sel və daşqın təhlükəli çayların zərərli təsirinə qarşı mübarizə və qəza vəziyyətinin aradan qaldırılması tədbirlərinin davam etdirilməsi üçün Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə ilkin olaraq 2 milyon manat, o cümlədən Astaraçay çayının İran İslam Respublikası ilə sərhəd ərazidən keçən hissəsinin sol sahilində sahilbərkitmə işlərinin aparılması və mövcud mühafizə divarlarının bərpası üçün 1,5 milyon manat, Siyakuçay, Təngərüdçay və Pensərçay çaylarının rayon ərazisindən keçən hissələrinin sağ və sol sahillərində sahilbərkitmə işlərinin aparılması üçün 500 min manat ayrılıb.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh