Dəmir yollarında qəzaların sayına görə Çexiya Avropa İttifaqında liderdir

Gündəm 15 Oktyabr 2018 23:44 Oxunub 630
Dəmir yollarında qəzaların sayına görə Çexiya Avropa İttifaqında liderdir
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Yaxud əhalinin hər milyon nəfərinə üç ölüm hadisəsi düşüb

Çexiya Ali Nəzarət İdarəsinin (NKÚ) məlumatına görə, 2013-2017-ci illərdə bu ölkənin dəmir yollarında təhlükəsizliyin artırılmasına 2,6 milyard krondan (104 milyon avro) çox vəsait yatırılmasına baxmayaraq, həmin dövrdə qəzaların sayı azalmayıb. Avtosfer.az Azərtac-a istinadən xəbər verir ki, Çexiya dəmir yolu nəqliyyatında qəzaların sayına görə Avropa İttifaqında ilk yerlərdən birini tutur, dəmir yollarında ölümlə nəticələnən qəzaların sayına görə isə Aİ ölkələrinin hamısını geridə qoyub. 2013-cü ildə Çexiyanın dəmir yollarında 165 qəza baş verib, 2017-ci ildə qəzaların sayı 159-a bərabər olub. Son beş ildə həlak olanların orta sayı ildə 35 nəfər təşkil edib, yaxud əhalinin hər milyon nəfərinə üç ölüm hadisəsi düşüb.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh