Polis 326 milyon dollarlıq narkotik maddəni satmaq istəyən dəstəni ifşa edib

Gündəm 15 Oktyabr 2018 23:23 Oxunub 867
Polis 326 milyon dollarlıq narkotik maddəni satmaq istəyən dəstəni ifşa edib
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Narkotik maddənin qalan hissəsinin tapılması üçün təhqiqat aparılır

Cənubi Koreya polisinin keçirdiyi əməliyyat nəticəsində ölkə tarixində rekord miqdarda – 112 kiloqramlıq narkotik maddəni satmaq istəyən dəstə ifşa olunub. Avtosfer.az Azərtac-a istinadən xəbər verir ki, Çinin Tayvan adasından, Yaponiyadan olan əcnəbilərdən və yerli sakinlərdən ibarət dəstənin 6 üzvü həbs edilib. Onların satmaq istədikləri metamfetamin maddəsinin bazar dəyəri 326 milyon ABŞ dollarıdır. Polisin məlumatına əsasən, 112 ədəd bir kiloqramlıq metamfetamin maddəsi Banqkonqdan gəmi ilə Busan şəhərinə gətirilib. Tayvandan olan narkotacir maddəni gəmidə qaynaq edilmiş xüsusi cihazın içərisində gizlətməklə gömrük yoxlanışından keçirə bilib. Bundan sonra yük hissə-hissə Seula gətirilib və satış üçün dəstə üzvlərinə paylanılıb. Hüquq mühafizə orqanları dəstənin izinə aprel ayından düşüb. Avqustdan dəstə üzvlərinin həbsinə başlayan polisin rəyinə əsasən, bu işdə Tayvanın “Zhulianbang” və Yaponiyanın “İnagawa-kai” cinayətkar qruplaşmalarının əli var. Hazırda dəstənin digər üzvlərinin tutulması və narkotik maddənin qalan hissəsinin tapılması üçün Tayvan, Yaponiya və Tailandın hüquq mühafizə orqanları ilə birgə təhqiqat aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh